• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

İbrahim Tatlısəs ölümlə təhdid edildi

İbrahim Tatlısəs ölümlə təhdid edildi
28.12.2020 22:30
Məşhur müğənni İbrahim Tatlısəsin ölümlə təhdid edildiyi barədə məlumat yayılıb. 


2011-ci ildə Abdullah Uçmak tərəfindən silahlı hücuma məruz qalmış məşhur sənətçi İbrahim Tatlısəs yenidən ölümlə təhdid edilir. Sosial media üzərindən yağdırılan təhdid Abdullah Uçmaq adı ilə edilir. Odur ki, İbrahim Tatlısəs prokurorluğa müraciət edib. Onun şikayətində belə qeyd edilir: "Abdullah Uçmak tərəfindən öldürülməyə çalışıldığım hamıya məlumdur. Onun adı ilə sosial mediada təhdid edilirəm". 

Şikayətdən sonra prokurorluq əməkdaşları Tatlısəsin təhdid edildiyi sosial media hesablarını araşdırıb. Araşdırmalardan sonra prokurorluq mesajlarda hansısa təhdid xarakterli fikirlərin yer almadığı barədə qərar verib. 

Qeyd edək ki,  14 mart 2011-ci ildə İbrahim Tatlısəs "İbo şou" proqramından sonra binadan çıxarkən silahlı hücuma məruz qalmışdı. Güllə Tatlısəsin başından dəymiş və ağır xəsarət yetirmişdi. Müğənninin köməkçisi və sürücüsü isə hadisə yerindən sağ qurtula bilmişdi. İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Abdullah Uçmak və digər 12 təqsirləndiriln şəxs 3 ildən 36 il arasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq
Mədəniyyət 23:11
Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq
Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq
Mədəniyyət 12:11
Gələn il Sankt-Peterburqda Hacıbəyovun heykəli qoyulacaq
Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır
Mədəniyyət 21:24
Çin İlon Maskın Starlinkini məhv etməyi planlaşdırır
Özcan Dənizin Bakı konserti təxirə düşdü
Mədəniyyət 12:10
Özcan Dənizin Bakı konserti təxirə düşdü
BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb
Mədəniyyət 18:00
BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
Mədəniyyət 20:30
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
Mədəniyyət 14:05
"BBC World News” telekanalında Azərbaycan turizmi haqqında tanıtım çarxı təqdim olunub
İrlandiyalı musiqiçi və prodüser vəfat edib
Mədəniyyət 23:00
İrlandiyalı musiqiçi və prodüser vəfat edib
Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı
Mədəniyyət 20:30
Məşhur qadın üç ölkənin köməyi ilə Kabildən qaçdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol