• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Koronavirusun qurbanı olan sənətkarlar... - VİDEO

Koronavirusun qurbanı olan sənətkarlar... - VİDEO
27.04.2021 21:18
2019-cu ildə Çində peyda olan və bütün dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVID-19) təhlükəsi bu günədək davam edir. 
"Qafqazinfo” xəbər verir ki, virusdan dünyada 3 milyon 134  min 303 nəfər, Azərbaycanda 4 min 429 nəfər həyatını itirib. 
Ölkəmizdə ilk dəfə ötən ilin fevralında qeydə alınan "COVID-19”dan dünyasını dəyişənlər arasında mədəniyyət üzvləri, incəsənət xadimləri, yazar da var.   Belə ki, 1939-cu il təvllüdlü Xalq artisti Teymur Mustafayev virusdan həyatını itirən ilk mədəniyyət üzvlərindən biridir. Məşhur xanəndə ötən ilin iyun ayında virusun qurbanı olub. 

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də "COVID-19”a yoluxanlar məşhurlardandır.  O, 2020-ci ilin iyul ayında koronavirusla mübarizədə məğlum olaraq vəfat edib. 
Ötən ilin sonunda Xalq artisti Sabir Əliyev virusa yoluxaraq xəstəxanaya aparılmış, reanimasiyaya yerləşdirilmişdi. 72 yaşlı muğam ustadı qısa müddət sonra "COVID-19”dan həyatını itirmişdi. 
2021-ci ildə mədəniyyət sahəsində koronavirusdan dünyasını dəyişən ilk şəxs Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub.  1939-cu il təvəllüdlü Əkbərov virusun qurbanı olub. 

"COVID-19”la mübarizədə məğlub olan digər tanınmış şəxs yazıçı Azər Abdulla (Əhmədbəyli) olub.  
Aprelin 5-də Xalq artisti Rafiq Hüseynov da (Rəmiş) koronavirusdan dünyasını dəyişib.  Ciyərlərində problem yaranan və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilən Rəmiş virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşmış, həyatını itirmişdi. 
Bu ayın əvvəlində daha bir mədəniyyət üzvü koronavirusa məğlub olub.  Belə ki, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib. 
Bir neçə gün bundan əvvəl Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev də "COVID-19”dan həyatını itirib.  
Dünən isə Əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib. Xəstəliyi ağır şəkildə keçirən və 20 günə yaxındır xəstəxanada müalicə alan sənətçi 69 yaşında həyatını itirib. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müğənni səhnədə qəfil öldü - VİDEO
Mədəniyyət 14:41
Müğənni səhnədə qəfil öldü - VİDEO
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
Mədəniyyət 12:23
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
Mədəniyyət 23:51
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
Mədəniyyət 22:31
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Mədəniyyət 19:56
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Mədəniyyət 15:30
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Mədəniyyət 17:18
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Məşhur türkiyəli aktyor Şuşada - Video
Mədəniyyət 23:26
Məşhur türkiyəli aktyor Şuşada - Video
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Mədəniyyət 23:13
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol