• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

AKİ-nin yeni sədri kimdir? - DOSYE

AKİ-nin yeni sədri kimdir? - DOSYE
31.05.2022 17:49
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri Xalq artisti Rasim Balayev  seçilib.Bu barədə AKİ-nin İdarə Heyətinin ümumi yığıncağında qərar qəbul edilib.
 
Yeni sədrin dosyesini sizə təqdim edirik:
 
Rasim Əhməd oğlu Balayev 1948-ci il  avqustun 8- də  Ağsuda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib.  Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
 
İlk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Balayev  bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb.
 
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilmişdir.
 
Mükafatları içərisində "Azərbaycan SSR əməkdar artisti" 1976, "Azərbaycan SSR xalq artisti" fəxri adı 1982, Azərbaycan SSR Dövlət mükafatı,  1986 "Atları yəhərləyin" bədii filmində Səlim bəy roluna görə "Şöhrət" ordeni 1998 "Şərəf" ordeni 2018, Cəfər Cabbarlı mükafatı  2019 layiq görülüb.

AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov cari il martın 10-dan 11-nə keçən gecə Rusiyanın Moskva şəhərində vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol