• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanın məşhur heykəltaraşı mötəbər mükafat qazandı

Azərbaycanın məşhur heykəltaraşı mötəbər mükafat qazandı
09.06.2022 23:27
Məşhur Azərbaycan heykəltaraşı Natiq Əliyev MDB-ə üzv ölkələrin Beynəlxalq Hökumətlərarası Əməkdaşlıq Fondunun mükafatına layiq görülüb. Bu barədə fondun layihələrin reallaşdırılması və hazırlanması şöbəsinin məsləhətçisi Marina Xudyakova məlumat verib.

Onun sözlərinə görə, Natiq Əliyev 2021-ci il üçün  "Birliyin ulduzlar"ı mükafatının laureatı adını qazanıb. Pul mükavatı, diplom , fəxri nişan və vəsiqədən ibarət olan bu mükafat öz xidmətlərinə görə seçilən şəxslərə verilir. 

Mükafatın təqdimetmə mərasiminin Daşkənddə keçirilməsi nəzərdə tutulub. 

Natiq Əliyev Azərbaycanda və onun hüdudlarından kənarda Azərbaycanın rəmzinə çevrilmiş bir sıra əsərlərin müəllifidir. 

Natiq Əliyev Rusiya rəssamlıq akademiyasının fəxri üzvü və Azərbaycan Respublikasının xalq rəssamı  fəxri adlarına layiq görülüb. 

Məşhur heykəltaraş 1974-1978-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və oranı  "Fərqlənmə diplomu" ilə bitirib. Daha sonra o, Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib,  1980—1983-cü illərdə Lenin təqaüdçüsü olub.

Hal-hazırda Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsində çalışır. 

Natiq Əliyev 20-dən çox heykəl və 15-dən artıq memorial lövhənin müəllifidir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol