• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Səyavuş Aslanın vəfatından 9 il ötür

Səyavuş Aslanın vəfatından 9 il ötür
27.06.2022 11:51
İyunun 27-də Xalq artisti, görkəmli teatr və kino aktyoru Səyavuş Aslanın vəfatından 9 il ötür. 
 
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.

1947-1953-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.

Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir. Daha sonra teatrda maraqlı və yadda qalan obrazlar canlandırır. 

Bu tamaşalara Bayram ("Kəndimizin mahnısı”, Kərim Kərimov), İbişov "Özümüz bilərik”, Şıxəli Qurbanov), Dadaşbala "Hicran”, Sabit Rəhman), Qəmzəli ("Qaçırılmış qız”, Cahangir Məmmədov) və başqalarını aid etmək olar.

O, uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olaraq çalışıb. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri işləyib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Aktyor Prezident təqaüdçüsü idi.

1995-ci ildə "Şöhrət” ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf” ordeni ilə təltif edilib.

Səyavuş Aslan ağır xəstəlikdən sonra 2013-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol