• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Ermənistandakı abidələr ilə bağlı UNESCO-ya müraciət edilib - Nazirdən AÇIQLAMA

Ermənistandakı abidələr ilə bağlı UNESCO-ya müraciət edilib - Nazirdən AÇIQLAMA
04.07.2022 12:37
Ermənistanda yerləşən, Azərbaycan xalqına məxsus abidələrin dağıdılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına ( UNESCO) müraciət edilib. Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov  "Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: "İrəvandan Zəngəzuradək" kitabının təqdimatında deyib.


"Bu il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Əldə edilmiş razılığa əsasən, Ermənistana missiyanın həyata keçirilməsinə UNESCO tərəfindən hər hansı reaksiya verilməyib. Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb. Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT -ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb, belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür”, o deyib. 

Nazir  UNESCO-nun fəaliyyətsizliyini vurğulayıb.

 "Təşkilat faktiki olaraq  əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşməsinə dəlalət edir”, - o qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc da sözügedən tədbirdə UNESCO-nun fəaliyyətini tənqid etmişdi.

Bu gün, iyulun 4-də "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM)  ərsəyə gətirdiyi kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, Ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-ci il deportasiyasına yer verilib.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak edir
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol