• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan kinosu intibah dövrünü yaşayır - Nazirdən paylaşım

Azərbaycan kinosu intibah dövrünü yaşayır - Nazirdən paylaşım
02.08.2022 10:54
Azərbaycan kinosu intibah dövrünü yaşayır, bunu mədəniyyət naziri Anar Kərimov tviterdə yazıb.

"124-cü ilini yaşayan Azərbaycan Milli Kinosu özundə zəngin ənənələri ehtiva edib xalqımızın inkişafına böyük töhfə verərək bu günlərdə intibah dövrünü yaşamaqdadır. Milli kino sahəsində çalışanları və kino sevərlərimizi bu münasibətlə ürəkdən təbrik edirəm. Kinomuz sərvətimizdir!”, - nazir paylaşımda qeyd edib. 

Avqustun 2-si Azərbaycan kinosunun yarandığı gündür. 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film ("İlişdin”) nümayiş olunub.

İlk filmlər fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, Yerevan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.

1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən dramaturq Cəfər Cabbarlının adını daşıyır.
"Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan”, "Şərikli çörək”, "Ad günü”, "Sevinc buxtası”, "İstintaq”, "Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Bizim Cəbiş müəllim”, "Axırıncı aşırım”, "Nəsimi”, "Özgə vaxt”, "Sarı gəlin”, "Ovsunçu”, "Buta”, "Çölçü”, "Nabat”, "Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Azərbaycanın eks prezidenti Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol