• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Mask ABŞ hökumətindən Trampla fikir ayrılığı səbəbindən ayrılıb

Mask ABŞ hökumətindən Trampla fikir ayrılığı səbəbindən ayrılıb
03.06.2025 06:57

Milyarder Elon Mask ABŞ hökumətinin yeni DOGE idarəsinin rəhbəri postunu 130 günlük fəaliyyətindən sonra tərk edib.  Bu qərar prezident Donald Trampla vergi siyasəti mövzusunda artan fikir ayrılığı fonunda verilib.

Rəsmi olaraq, Maskın istefası xüsusi təyinatlı əməkdaş statusunun müddətinin bitməsi ilə izah edilir.

Lakin mənbələrə görə, əsas səbəb onun Trampın təklif etdiyi və ABŞ büdcə kəsirini növbəti 10 ildə 3 trilyon dollar artıracaq vergi islahatını tənqid etməsi olub.

2024-cü il seçki kampaniyasının əsas dəstəkçisi və böyük donorlarından biri olan Mask dövlət xərclərinin artırılması planlarından məyus olduğunu deyib.

Maskın rəhbərliyi dövründə təxminən 260 min federal işçi, o cümlədən vergi xidmətinin əməkdaşları işdən çıxarılıb.

Yale Universitetinin hesablamalarına görə, bu, növbəti 10 ildə 323 milyard dollar vergi gəlirlərinin itirilməsinə səbəb olacaq.

Bu arada Maskın Tesla şirkətinin 2025-ci ilin ilk rübündə mənfəəti 71% azaıb və bu onun hökumət fəaliyyəti ilə bağlı etirazları və imic problemləri fonunda baş verib.

Analitiklər hesab edir ki, Trampla fikir ayrılığı iki keçmiş müttəfiq arasında uzunmüddətli uçuruma səbəb olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran - İsrail müharibəsi davam edir - SON XƏBƏRLƏR
Dünya 23:35
İran - İsrail müharibəsi davam edir - SON XƏBƏRLƏR
İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - Video
Dünya 23:09
İranın televiziya kanallarında hökumət əleyhinə materiallar yayımlanır - Video
Paşinyan Türkiyəyə səfər edəcək
Dünya 22:25
Paşinyan Türkiyəyə səfər edəcək
İranda internet kəsilib
Dünya 21:01
İranda internet kəsilib
Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirakını təsdiqləyib
Dünya 20:35
Tramp NATO-nun Haaqada keçiriləcək sammitində iştirakını təsdiqləyib
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünya 19:27
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Ermənistan Rusiyaya nota verib
Dünya 19:10
Ermənistan Rusiyaya nota verib
Nazir Çinin 5 universitet rəhbəri ilə görüşüb
Dünya 15:08
Nazir Çinin 5 universitet rəhbəri ilə görüşüb
Müharibə başlayandan İran və İsraildə nə qədər adam yaralanıb?
Dünya 15:03
Müharibə başlayandan İran və İsraildə nə qədər adam yaralanıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol