• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

160 nömrəli məktəbin şagirdi müsabiqə qalibi olub

160 nömrəli məktəbin şagirdi müsabiqə qalibi olub
26.09.2022 23:35
"Bu kitabın rəssamı mən olsaydım” adlı rəsm müsabiqəsinin nəticələri elan edilib.  

Müsabiqə TEAS Press Nəşriyyat Evinin "3 alma” uşaq ədəbiyyat bölməsinin təşkilatçılığı,Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, "ECAZ” (Art&Hobby Shop), "LİBRAFF”-ın tərəfdaşlığı ilə həyata keçirilib. 

Müsabiqənin əsas qalibləri Gülər Müslümzadə, Zeynəb Hüseynzadə, Selcan İbrahimova, Səlimə Əliyeva,Mehriban Ələkbərli, Nərgiz Əliyeva və Aynur Ağayeva olublar.  Bir neçə nəfərə həvəsləndirici mükafatlar verilib. 
 
 

Müsabiqə uşaq və yeniyetmələrin yay tətilini səmərəli şəkildə keçirməyə fürsət yaratmaq, yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzini təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, mütaliəyə həvəsi artırmaq, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan klassiklərinin mədəni irsinin daha geniş təbliği məqsədilə təşkil olunur. 

Müsabiqədə həm Azərbaycan dilli, həm də rus dilli oxucular iştirak edib. 
 


Maqsud İbrahimbəyovun məşhur hekayələri hər iki dildə – "Uşaqlığın son gecəsi” və "Последняя ночь детства” adı ilə "3 alma” tərəfindən nəşr olunub. Müsabiqədə iştirak etmək üçün ən əsas şərt bu hekayələri oxumaq və kitabdakı hekayələrdən birinin məzmununa uyğun  rəsm çəkmək idi.  
Seçim zamanı uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlər, müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüldü.


Bütün qaliblər 3 alma, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, "ECAZ” (Art&Hobby Shop), Orxan Qarayev tərəfindən dəyərli hədiyyə paketləri, sertifikat və təşəkkürnamə ilə təltif olunub.

27 – 29 sentyabr tarixlərində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində açıq qapı günü keçiriləcək, qaliblərin rəsmləri sərgilənəcək. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol