• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Mədəniyyət Nazirliyi Ruhəngiz Qasımovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Ruhəngiz Qasımovanın vəfatı ilə bağlı nekroloq yayıb
10.10.2022 11:41
Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımovanın vəfatı ilə bağlı nekroloq yayıb.

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında vəfat edib.

Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də, "Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur (1978). Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olmuş, hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunmuşdur. "Babamın muzeyi" adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş "Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin ("Qarabağ bayatıları”, "Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün "Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.

Qasımovanın musiqi əsərləri sırasında "Quyu” tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl, "Qonşu qonşu olsa”, "Ömrün yolları”, "Yollar görüşəndə” tamaşalarına musiqi, "Asif, Vasif, Ağasif” , "Tələ” kinofilmlərinə musiqi xüsusi qeyd oluna bilər.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Ruhəngiz Qasımova 9 oktyabr 2022-ci ildə Honkonqda dünyasını dəyişib.

Tanınmış bəstəkar, gözəl insan Ruhəngiz Qasımovanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır", nekroloqda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
Mədəniyyət 21:00
Fərhad Kərimovun xatirəsinə - FOTOLAR
bp qədim tarixin araşdırılmasına dəstək verir
Mədəniyyət 18:49
bp qədim tarixin araşdırılmasına dəstək verir
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Mədəniyyət 01:22
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb - Yenilənib
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol