• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan filmi Fransada 3 mükafat qazanıb

Azərbaycan filmi Fransada 3 mükafat qazanıb
08.03.2023 09:46
Azərbaycan filmi Fransada 3 mükafat qazanıb.

Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın "Arizona Films” şirkətlərinin birgə istehsalı olan "Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın 3 (Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Marc Haaz jüri mükafatı) mükafatına layiq görülüb.

Rejissorluğunu Asif Rüstəmov etdiyi filmdə uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs olunur. Belə ki, həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

FAilmin festival marşrutu mart ayı ərzində davam edəcək. "Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.

"Mərmər soyuğu” filmi film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib. Festivalın əsas müsabiqə proqramında "Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb. 2022-ci ildə "Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya Beybəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film "Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol