• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Akademik Dram Teatrına direktor əvəzi təyin olundu

Akademik Dram Teatrına direktor əvəzi təyin olundu
01.05.2023 14:38
Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub. Teatrının direktorunun funksiyalarının icrası İlham Əsgərova həvalə olunub. Bu barədə Dram Teatrın mətbuat xidməti açıqlama yayıb.

Əməkdar mədəniyyət işçisi İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə magistratura pilləsini bitirib.

1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində çalışıb.

2018-ci ildən teatrın yaradıcı işlər üzrə direktor müavinidir.

O, bugünədək bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan "Arşın mal alan” tamaşasının bədii tərtibatını yüksək səviyyədə hazırlayıb.

İlham Əsgərov J.Koktonun "İnsan səsi” və M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarının quruluşçu rejissorudur.

İlham Əsgərov 2012-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçib.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən "Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvi” medalına layiq görülüb.

Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol