• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Xalıda diqqət cəlb etmək üçün düşünülüb və yaradılıb- "Avroviziya"nın nümayəndə heyəti

Xalıda diqqət cəlb etmək üçün düşünülüb və yaradılıb-
08.05.2023 10:29
Avroviziya" təmsilçilərimizin müzakirə olunan geyimi heç kəsin qeyrətinə toxunmur və təhqir etmir. Bunu Azərbaycanın "Avroviziya"da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.

O bildirib ki, bu mahnı müsabiqəsidir, kostyumlar və tərzlər də fərqli olur.
 
"Onlar nə açıq-saçıq, nə də çılpaq xalıya çıxıblar. Tərz kiminsə xoşuna gəlməyə bilər, amma bu işə peşəkar baxır. Təmsilçilərimizin belə geyinməsi onun qərarı idi. Onların geyindiyi geyim, yarışmada çox gözəl qəbul olunub və yaxşı mənada müzakirə edilib. Biz hər yerdə qeyd edirdik ki, bu geyimlər Azərbaycanın yerli brendi "Parcha studio”ya aiddir və Aysel Sadıxovanın yaratdığı obrazlardır",- mətbuat katibi bildirib.
 
Dadaşovanın sözlərinə görə, geyimlər əvvəlcədən düşünülüb.
 
"Xalıda diqqət cəlb etmək və zövqlü tərz göstərmək üçün düşünülüb və yaradılıb. Heç kəsin qeyrətinə toxunan geyim deyil, heç kimi təhqir etmir. Qadın geyimi olması iddiaları da qəribədir. Sosial şəbəkələrdə müsabiqənin auditoriyası bunu çox gözəl qəbul edib. Çünki onlar yaxşı başa düşürlər ki, "Avroviziya" incəsənətlə bağlı müsabiqədir. Onlar hərhansı siyasi veriliş və ya müsabiqəyə bu geyimdə çıxmayıblar. İncəsənət müsabiqəsində fərqlənmək vacibdir", o vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, bu il Azərbaycanın "Avroviziya"dakı tərzi barədə hamı müsbət danışır.
 
"Geyim fərqlidir, bizim auditoriyanın öyrəşmədiyi bir geyimdir. Təmsilçilərimiz müsabiqənin əsas hissəsinə fərqli retro geyimində çıxacaqlar. Yəni həmin geyim sadəcə xalı üçün idi".

"Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan "Avroviziya-2023”də Azərbaycanı "Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB müşavirə keçirib
Cəmiyyət 21:00
TƏBİB müşavirə keçirib
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
Mədəniyyət 13:36
Sivva niyə Cəlil Cavanşirə “Nə isə” dedi...
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Mədəniyyət 18:07
“Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Mədəniyyət 18:18
Siyavuş Kərimiyə Prezident təqaüdü təyin edilib
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Xalq artisti Şahlar Quliyev vəfat edib
Mədəniyyət 09:56
Xalq artisti Şahlar Quliyev vəfat edib
Şamaxıda
Mədəniyyət 08:09
Şamaxıda "Nəsimi bağları” kompleksi yaradılır - Video
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
Mədəniyyət 22:29
Bakıda Aşıq Ələsgərin heykəli ucaldılıb
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Mədəniyyət 15:25
“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol