• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır
05.09.2024 10:53
Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndindəki məscidin bərpasına başlanılacaq.  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında imzalanan "Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nda nəzərdə tutulub.

Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.

Anlaşma Memorandumunun imzalanması Azərbaycan ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili, eləcə də mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədini daşıyır.

Memoranduma əsasən, Fond ilkin olaraq, Füzulinin Qoçəhmədli kəndindəki məscidin bərpasına dəstək göstərəcək.

İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafı, xüsusilə də mədəni əlaqələrin möhkəmlənməsinin sevindirici hal olduğu vurğulanıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol alaraq, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir  – FOTOLAR
Mədəniyyət 18:16
İsveç dizaynında daha çox parlaq rənglərə üstünlük verilir – FOTOLAR
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Mədəniyyət 13:26
Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol