• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Macarların Azərbaycan xalçası sevgisi - FOTO

Macarların Azərbaycan xalçası sevgisi - FOTO
10.12.2013 15:25

Macarıstana yola düşməzdən əvvəl bu ölkə haqqında daha çox məlumat almağa çalışdım. Budapeştdə yaşayan xalam Sevincdən soruşdum ki, orada Azərbaycan mədəniyyəti ilə bağlı mərkəz, mağaza, sərgi və ya başqa nəsə varmı? O, Azərbaycan xalçalarının Budapeştdə məşhur olduğunu dedi. Aldığım məlumata görə, Macarıstanın paytaxtında Azərbaycan xalçalarının satıldığı bir çox mazağa var və bir neçə xalça sərgisi Budapeştdə keçirilir. Macarların xalamla etdiyi söhbətindən anladım ki, bəzən Azərbaycan xalçalarını başqa ölkələrin əlişləri ilə qarışıq salırlar. Onlardan biri satış üçün Budapeştdəki xalça mağazalarından birində sərgilənən  Qazax xalçasını nümunə göstərirdi. Satıcı iddia edirdi ki, xalça Azərbaycanla ümumi heç nəyə malik deyil və bu xalçanın adı ona görə “Qazax”dır ki, o, Qazaxıstanda hazırlanıb. Yeri gəlmişkən, xalam məşhur xalça ustası Cəfər Mudjirinin qızı olduğundan bu sənət barədə xeyli məlumatlı idi. O, bütün arqumentlərini ortaya qoyaraq macar satıcısını inandırdı ki, bu əsl Azərbaycan xalçasıdır və “Qazax” bizdə həm rayon, həm də bölgə adıdır. Nəhayət, satıcı buna inandı və xalça üzərində “Qazaxıstan” sözünü götürüb “Azərbaycan” yazdı. Buna bənzər halların olub-olmamasının aydınlaşdırmaq üçün şəxsən özüm araşdırma aparmağa qərar verdim. Baş çəkdiyim mağazaların hər biri Azərbaycan xalçalarını təklif etsələr də, satıcılar bizim ölkə haqqında çox az bilirdilər. Budapeşt küçələrində gəzinti zamanı "Aqi Xalçaları" adlı mağaza mənim diqqətimi cəlb etdi. "Ağa" kəlməsi farsca cənab mənasındadır, həmçinin türk dilində də istifadə olunur. Mağazanın meneceri, cənab Xan, böyük entuziazmla mağazanı mənə göstərdi. Mağaza İrandan, Pakistandan, Türkiyədən, Əfqanıstandan, Çindən və Qafqazdandan olan bir neçə min xalçanı təklif edir.Menecer dedi ki, ən çox satılan əfqan xalçalarıdır, çünki onların qiyməti aşağıdır. Ən qiymətli xalçalar - İrandan, Türkiyə və Qafqazdan gəlib. Onun sözlərinə görə, Qafqaz xalçaları xüsusilə Azərbaycan xalçaları Macarıstanda çox sevilir. Mən "Azərbaycan", "Qazax", "Qafqaz", "Əfqanıstan" "İran", və s. sözlər yazılmış bir neçə xalça gördüm. Bəzi xalçalar "Qafqaz" etiketinə malik idi və çox təəssüf ki, aydın deyildi üç Cənubi Qafqaz ölkəsindən hansına aiddir?Bu çox xoş duyğu idi ki, Azərbaycan xalçalarını təklif edən, eyni zamanda onun haqqında məlumat verən mağazayla tanış olurdum. Bu qədər gözəl xalçaları birlikdə görərkən, mən anladım ki, xalçaçılıq bizim zəngin mirasımızın bir hissəsidir. Bizim qarşımızda duran məsələ - bu mirası gələcək nəsillərə ötürməkdir. Cəmilə İbrahimova ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Mədəniyyət 21:06
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
Mədəniyyət 13:53
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
“Eurovision-2026” Vyanada keçiriləcək
Mədəniyyət 11:08
“Eurovision-2026” Vyanada keçiriləcək
Britaniyalı aktyor Terens Stemp vəfat edib
Mədəniyyət 09:51
Britaniyalı aktyor Terens Stemp vəfat edib
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Mədəniyyət 16:35
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib
Mədəniyyət 13:32
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib

Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib
Mədəniyyət 13:30
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Mədəniyyət 12:50
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Mədəniyyət 11:36
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol