Dekabrın 24-də Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan yeniyetmə qızın meyiti tapılıb.Bu barədə FHN məlumat yayıb.
2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.