Laçın sərhəd məntəqəsindən keçən ermənilərin sayı açıqlanıb

15:02 | 20.07.2023
Laçın sərhəd məntəqəsindən keçən ermənilərin sayı açıqlanıb

Laçın sərhəd məntəqəsindən keçən ermənilərin sayı açıqlanıb

2023-cü il aprelin 23-də açılan və Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Laçın Sərhəd Məntəqəsindən indiyə kimi  1927 nəfər keçib. Bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli qurumun Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında bildirilib. 

"Aprelin 23-dən Azərbaycan və Ermənistan sərhədində yerləşən "Laçın” sərhəd-keçid məntəqəsindən indiyədək erməni tərəfinin yorulmaz səylərinə və yerli erməni sakinlərini ondan istifadə etməkdən çəkindirməyə yönəlmiş yalan təbliğatına baxmayaraq, 1927 nəfər  keçib”, - Sadıqbəyli bildirilib. 
 
Laçın sərhəd məntəqəsi Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında  aprelin 23-ü saat 12:00-da qurulub. .

Azərbaycan Xarici İişlər Nazirliyi  Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsini "yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini" təmin etmək məqsədi daşıdığını bildirib. 

10 noyabr 2020-ci il tarixli "Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq", - Azərbaycan XİN-in bəyanatında deyilib.

Bakı həmçinin bildiirb ki, "qeyd edilən nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək".
 
Ermənistan və Rusiya isə bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM