Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın rəhbərliyi ilə qərb ölkələrinin Suriya və İraqda İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatları böyük səhv kimi dəyərləndirib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Lavrov rus mediasına açıqlamasında İŞİD-ə qarşı aparılan əməliyyatlara qarşı çıxmadıqlarını deyib və əlavə edib ki, amma bu əməliyyatların aparıldığı ölkələrdən icazə alınmalı idi: "Əgər Suriya və İraqdan icazə alınmayıbsa, deməli, bu səhvdir".
Rus nazir ABŞ hücumlarının BMT-nin Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmadığını, sadəcə xəbərdarlıq edildiyini xatırladıb.
Lavrov Rusiya və ABŞ münasibətlərinin təzələnməyəcəyini, amma iki tərəfin də mənafeyinə uyğun bir əlaqələrin də qurulmadığını qeyd edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !