Öldükdən sonra da pul qazandıran məşhurlar - SİYAHI

14:15 | 28.10.2015
Öldükdən sonra da pul qazandıran məşhurlar - SİYAHI

Öldükdən sonra da pul qazandıran məşhurlar - SİYAHI

Maykl Cekson ölümündən sonra da pul qazandırmaqda davam edib və ardıcıl olaraq 3-cü dəfə siyahıda birinci olub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Forbes" jurnalı ölümündən sonra da pul qazandırmağı bacaran məşhurların siyahısını açıqlayıb.

Siyahıya albomlarının satışından 115 milyon dollar qazanmaqla Maykl Cekson (Michael Jackson) birinci yeri tutub. 2009-cu ildə 51 yaşında vəfat edən Cekson 2014-cü ildə 140 milyon dollarla siyahıya "rəhbərlik" edirdi.

"Rock`n Roll"un kralı hesab olunan Elvis Presli (Elvis Presley) 55 milyon dollar gəlir gətirməklə siyahının ikinci pilləsində qərarlaşıb. O, 1977-ci ildə ürək çatışmazlığı səbəbilə vəfat edən Preslini 40 milyon dollarla amerikalı karikaturaçı və "Snoopy"nin yaradıcısı Çarlz Şults (Charles M. Schulz) və 21 milyon dollarla Bob Marli (Bob Marley) təqib edir.
 
 
 
Michael Jackson
 

 Elvis Presley

 
 
Charles M. Schulz 

 
Bob Marley

 
 
 
 
 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM