Bir suala cavab verən 20 milyon dollar mükafat alacaq - MÜSABİQƏ

17:18 | 30.09.2015
Bir suala cavab verən 20 milyon dollar mükafat alacaq - MÜSABİQƏ

Bir suala cavab verən 20 milyon dollar mükafat alacaq - MÜSABİQƏ

"XPrize" Fondu yeni müsabiqə elan edib və qalib üşün 20 milyon dollar mükafat təsis edib. Bu mükafatı əldə etmək üçün isə sadəcə bir suala cavab vermək lazımdır.

ANN.Az xəbər verir ki, "XPrize" Fondunun təsis etdiyi mükafat qalıq yanacaqlarının (mineral yanacaqlar) istifadəsi ilə bağlıdır. Fondun internet saytında yerləşdirilən xəbərdə deyilir ki, "Fosil yanacaqlrının (qalıq, yaxud mineral yanacaqlarının -red.)  istifadəsi zamanı karbon dioksid dərəcəsi necə azaldılır" - sualına cavab vermək lazımdır.

Cavabı tapmaq istəyənlərə 4 il 6 ay müddət verilib və müsabiqəyə qatılmaq istəyənlərdən karbon dioksid dərəcəsini azaldaraq istifadəsi asan və geniş məhsullar istehsal edəcək texnologiyaların yaradılması tələb olunur.

Fond daha əvvəl də "Google"nin maliyyələşdirdiyi və 30 milyon dollar mükafat təsis etdiyi "Aya ən asan necə getmək olar?" - müsabiqəsinin təşkilatçısı olmuşdu.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb