• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Lənkəran və Lerikdə Aqrar Biznes Festivalları keçirilib

Lənkəran və Lerikdə Aqrar Biznes Festivalları keçirilib
28.11.2024 16:26
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəran və Lerik rayonlarında Aqrar Biznes Festivalları keçirilib.

Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından fermerlər qatılıblar.


Lənkəran regional "ASAN xidmət” mərkəzi və Lerik rayon icra hakimiyyəti binasının qarşısında təşkil edilən festivallarda dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar, onlardan istifadə qaydaları barədə məlumat veriblər.


Tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub. Kredit yarmarkalarında bank və bank olmayan kredit təşkilatları kredit məhsulları təklif edilib. Aqrar təyinatlı kreditlər, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı fermerlərə ətraflı məlumatlar təqdim olunub.


Lənkəran və Lerik rayonlarında keçirilən tədbirlərdə dövlət qurumları və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər fermerlərə xidmət və məhsullar barədə geniş məlumat velib.


Sərgi və nümayiş bölməsi ilə yanaşı festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər keçirilib.


Festivalar çərçivəsində fermerlər üçün "Su həyatdır” layihəsinin təqdimatı olub.


Bu il 29 Aqrar Biznes Festivalı keçirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol