Lənkəranda "Avropa şəhərciyi" festivalı keçirilib - FOTOLAR

13:41 | 10.06.2023
Lənkəranda

Lənkəranda "Avropa şəhərciyi" festivalı keçirilib - FOTOLAR

Avropa İttifaqı (Aİ) dəstəyi ilə Lənkəranda Heydər Əliyev parkında "Eurovillage” - Avropa İttifaqı (Aİ) ölkələrinin mədəniyyət festivalı keçirilib.

Mədəniyyət festivalı  Aİ-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə nümayiş olunub.

Tədbirdə Aİ  Azərbaycandakı səfiri Peter Mixalko Lənkəranın İttifaqla fəal əməkdaşlığından danışıb.

"Lənkəran və Avropa ittifaqının tərəfdaşlığı ölkələrə səs salmalıdır. Birbaşa xarici investisiyalar baxımından da Aİ Azərbaycanın ən öndə gələn tərəfdaşıdır. Səfir kimi ilk səfərimi Lənkərana etdiyim üçün çox xoşbəxtəm", -səfir bildirib.


Son 10 ildə Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 20 milyard avro sərmayə qoyub, 640 milyon avro texniki dəstək göstərib, 50-dən çox tvinninq layihəsi həyata keçirib. 


Festivalda Rumıniya, Latviya, Litva, Estoniya, Polşa, İsveç, Bolqarıstan, Almaniya, Belçika, Xorvatiya, Niderland və Çexiya səfirliklərinin stendləri nümayiş olunub.



















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb