Litva Polşa ilə hərbi ittifaqı gücləndirməyə çağırıb

Litva Rusiya tərəfindən artan təhlükə səbəbindən Polşa ilə hərbi ittifaqını əhəmiyyətli dərəcədə gücləndirməlidir. Çünki ən pis ssenarilər nəzərə alınmalıdır.
Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bəyan edib.
"Rabitə sahəsində strateji layihələri başa çatdırmağın və hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirməyin vaxtı çatıb. Hər iki ölkə NATO-nun ən həssas nöqtələrindən biri - Suvalki dəhlizi üçün ortaq məsuliyyət daşıyır”, - Landsberqis deyib.
Nazir əlavə edib ki, yeni təhlükəsizlik strategiyasının qurulması çərçivəsində Litva Skandinaviya və Baltikyanı ölkələrlə regional tərəfdaşlığı gücləndirməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər