• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Litvada prezident seçkiləri keçirilir

Litvada prezident seçkiləri keçirilir
12.05.2024 09:06

Litvada prezident seçkilərinə səsvermə başlayıb.Bu barədə TASS məlumat verir.

Ölkə tarixində səkkizinci prezident seçkiləri üçün yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) təxminən 1900 seçki məntəqəsi açılıb. Eyni zamanda, ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum keçirilir.

Litvanın 2,889 milyon sakini və xaricdəki Baltikyanı respublika vətəndaşlarından 2 385 nəfəri səsvermə hüququna malikdir. Litva prezidenti səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Onlardan 4-ü siyasi partiyalar, 4-ü isə özünün namizədliyini irəli sürüb. Qalib gəlmək üçün namizəd səslərin 50 faizdən çoxunu almalıdır. Əgər namizədlərdən heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol