Ölkə üzrə təmirə ehtiyacı olan 600 məktəb var

11:40 | 01.07.2024
Ölkə üzrə təmirə ehtiyacı olan 600 məktəb var

Ölkə üzrə təmirə ehtiyacı olan 600 məktəb var

Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bunu elm və təhsil naziri Emin Əmrullayev iyulun 1-də keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında deyib. 
 
O bildirib ki, bu say əvvəl 900 olub. 
 
Nazir vurğulayıb ki, hazırda ölkə üzrə məktəblərin 80% ya təmir olunub, ya da yenidən tikilib. 
 
Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var. 
 
Bundan əvvəl Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM