Ölkədə qazlaşdırma səviyyəsi artıb

2023-cü ilin iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % olub, bu da bu ilin yanvarın 1-i ilə müqayisədə 0,05 faiz bəndi çoxdur. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatında bildirilib.
"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni "Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət əsas kapitala yatırımlar vasitəsilə davam etdirəcək", - hesabatda qeyd olunub.
2023-cü ildə 150 kənd və yeni yaşayış massivində qaz infrastrukturunun qurulması nəzərdə tutulub. Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyası zamanı jurnalistlərə bildirib.
O bildirib ki,qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqələrində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb.
O bildirib ki,qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqələrində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb.
2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az