Ölkədə sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

09:23 | 01.07.2024
Ölkədə sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

Ölkədə sərnişin avtobuslarına rəng tələbi ilə bağlı qayda qüvvəyə minib

Azərbaycanda müntəzəm sərnişindaşımalarla məşğul olan avtobuslara rəng tələbi qüvvəyə minib.

Bu, Nazirlər kabinetinin martın 28-də təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.


Qərara əsasən, Azərbaycanda müntəzəm şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası və şəhərdaxili sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM