Bu gün Məktəb İdmanları Federasiyasının (MIF) təsis olunması ilə bağlı Milli Olimpiya Komitəsində Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Anews.az xəbər verir ki, MIF-in prezidenti, millət vəkili Sevinc Hüseynova bildirib ki, ötən il təsis olunmuş federasiya artıq mərkəzi qərargahı Belçikanın Antverpen şəhərində olan Beynəlxalq Məktəb İdmanları Federasiyasının üzvüdür.
"2018-ci ildə Azərbaycan ilk dəfə 2-9 may tarixlərində Mərakeşdə keçiriləcək XVII Yay Gimnaziya Oyunlarında iştirak edəcək, 10-dan artıq idman növündə təmsil olunacaq.
Ümumilikdə isə beynəlxalq miqyasda belə federasiyalar 43 idman növü üzrə fəaliyyət göstərir”.
Nazir Azad Rəhimov bildirib ki, bu, artıq qeydiyyatdan keçmiş 84-cü idman federasiyasıdır. O qeyd edib ki, bu federasiyanın yaranmasına ehtiyac vardı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !