Dram janrında çəkilən "Ülkər" bədii filmi yanvarın 31-də saat 19:00-da Flame Towers (Alov qüllələrində) qala gecəsi baş tutacaq. Bunu filmin quruluşçu rejissoru Xəyalə Meydanova bildirib.
O vurğulayıb ki, dram janrında çəkilən "Ülkər” filmi real hadisələr əsasında çəkilib.
" Üzərimə götürdüyüm və çox məsuliyyətlə yanaşdığım ilk işimdir. Filmdə əsas rolları Rövşən Kərimduxt, Röya Paşayeva, Mətləb Abdullayev, Elmira Kərimova canlandırıb. Film gənc bir qızın- Ülkərin həyatından və bir ailənin faciəsindən bəhs edir, toy səhnəsiylə başlayan filmdə hər şey birdən dəyişməyə başlayır. Bir sözlə izləyiciləri həyəcan dolu səhnələr gözləyir və bu filmlə ictimai-sosial həyatımızda ailə məişət problemleri cəmiyyətimizdə tez-tez rast gəlinən aktual məqamlara toxunularaq bir ailənin yaşadığı və üzləşdiyi mövcud problemlərin dramatik xəttlə yüksələn faciəsi bədii olaraq nümayiş etdirilir. Film 90 dəqiqəlik nümayiş olunacaq",- quruluşçu rejissor əlavə edib.
Xəyalə Meydanova həmçinin vurğulayıb ki, bədii film fevralın 2-dən bütün kinoteatrlarda tamaşaçılar izləyə biləcək.
"Bu işi mənə həvalə edən "FS FILM COMPANY” şirkətinin direktoru Faiq Nağıyevə təşəkkürlüyümü bildirirəm. Bütün kinosevərləri filmimizi izləməyə dəvət edirəm",- o əlavə edib.
Filmin layihə rəhbəri Faiq Nağıyev, ssenari müəllifi Yeganə Kərimzadədir.
Filmdə ilk dəfə real canavardan istifadə olunub.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !