Makron, Paşinyan və Əliyevlə görüşəcək

17:48 | 28.08.2023
Makron, Paşinyan və Əliyevlə görüşəcək

Makron, Paşinyan və Əliyevlə görüşəcək

Fransa prezidenti Emmanuel Makron bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışacaq və Qarabağ münaqişəsinin nizamlanması üçün yeni diplomatik təşəbbüslər hazırlanacaq. Bu barədə Makron deyib. 

"Bu həftə mən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə danışacağam. Biz Laçının humanitar dəhlizi ilə bağlı sazişlərin tam icrasını tələb edəcəyik, həmçinin beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcəyik və Laçın dəhlizinin "blokadası"na son qoymaq üçün Azərbaycana olan təzyiqləri artıracayıq”, - Fransa prezidenti ölkə səfirlərinin konfransında çıxış edərkən bildirib.

Makron 2023-cü il iyulun 15-də Brüsseldə Avropa Şurasının sədri Şarl Mişellə yanaşı Paşinyan və Əliyevlə görüşüb amma bu görüşün bir nəticəsi olmayıb.
 
Rabia Hale Seferoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM