Malatyada 6 bala yaxın zəlzələ olub - Məktəblər təxirə salınıb

12:27 | 16.10.2024
Malatyada 6 bala yaxın zəlzələ olub - Məktəblər təxirə salınıb

Malatyada 6 bala yaxın zəlzələ olub - Məktəblər təxirə salınıb

Türkiyənin Malatya vilayətində 5,9 gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
 
Bələdiyyə rəsmiləri bildirib ki, hər hansı dağıntı və təhlükə riski ilə bağlı məlumat daxil olmayıb. 
 
Zəlzələ səbəbindən Malatyada dərslər bir günlük təxirə salınıb. 
 
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
 
Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 500 nəfərə çatıb.

Zəlzələ nəticəsində 115 mindən çox insan yaralanıb. 

Dünyanın 100-ə yaxın ölkəsindən Türkiyəyə dəstək yardımı təklif olunub. Türkiyə prezidenti bildirib ki, bir il ərzində evləri dağılmış insanların evlərini tikib təhvil verəcək. 

Zəlzələdən sonra ölkədə 6 bala yaxına fterşoklar olub. 

BMT Türkiyədə baş verən zəlzələni "Əsrin fəlakəti" kimi qiymətləndirib.
 
Gülnar 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM