Maliyyə Nazirliyində biabırçı görüntü- FOTO

18:11 | 31.08.2017
Maliyyə Nazirliyində biabırçı görüntü- FOTO

Maliyyə Nazirliyində biabırçı görüntü- FOTO

Sanitar-gigiyenik tələblərə cavab verməyən Maliyyə Nazirliyinin bufetinin işçilərinin əmək hüququ pozulur. Bu barədə bufetin əməkdaşlarından biri bildirib.

İşçi deyib ki, bufetə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Priyevin qardaşı Toğrul Priyev rəhbərlik edir: "Bufet onundur. Yəni bufet nazirliyin binasında yerləşsə də, Torğul Priyevin istifadəsinə verilib. O, işlədir. Biz də onun işçiləriyik. Bizdən soruşanda nazirlikdə işlədiyimizi deyirik. Elə bilirlər ki iş şəraitimiz yaxşıdır, əmək haqqımız bizi qane edir. Antisanitariyanın hökm sürdüyü yerdə çalışırıq və hər günümüzə 10 manat əmək haqqı verilir”.

Bufetin əməkdaşı bildirir ki, əmək haqqı bazar şərtlərinə uyğun gəlmir. Bununla belə onların əmək haqqısı vaxtı-vaxtında verilmir: "Hər həftənin 5 gün iş günüdür. Məsələn, ötən həftənin iki günü isə mənə "işə gəlmə” dedi. Belə ki, Toğrul Priyev hər gün işçilərdən birinə zəng edib işə gəlməməyi bildirir. İşə gəlməyən işçinin işini işə gələn işçiyə yükləyir. Yəni hər gün bu vəziyyətdə işləyirik. Təsəvvür edin ki, xadiməçi həm də qabyuyandır. Sanitar-gigiyenik qaydalara əməl olunmur. Eləcə də, işçiləri lazım olan vasitələrlə təmin edilmir. Biz də məcburuq ki, nazirliyin rəhbər şəxslərinin yemək yediyi qabları onların "rakvina”larından oğurlanan əl dərmanları ilə yuyaq”.

Maliyyə Nazirliyinin bufetinin işçilərinin əmək hüququnun pozulması, bufetin sanitar-gigiyenik tələblərə cavab verməməsi iddialarına münasibət öyrənmək üçün nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Priyevin ([email protected]) elektron ünvanına informasiya sorğusu göndərdik. O, bu şikayəti əsassız adlandırıb və mövzuya münasibət bildirmək istəməyib.
 
 







AFN.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM