"Mançester Siti" Erlinq Holann ilə şəxsi müqaviləsini razılaşdırıb

10:14 | 15.04.2022

"Mançester Siti" Erlinq Holann ilə şəxsi müqaviləsini razılaşdırıb

İngiltərə "Mançester Siti"si Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann ilə şəxsi sözləşməsinin şərtlərini razılaşdırıb. Bu barədə tanınmış jurnalist Nikola Skira şəxsi tvitterində yazıb.

O bildirib ki, norveçli hücumçu "şəhərlilər"lə 2027-ci ilədək müqavilə bağlayacaq. 22 yaşlı forvardın illik əmək haqqı 30 milyon avro olacaq.

"Mançester Siti"nin Holannın 75 milyon avroluq klausulasını aktivləşdirməyə hazır olduğu vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti