“Mançester Yunayted”i daşıyan təyyarə qəzalı eniş edib

09:21 | 27.11.2013
“Mançester Yunayted”i daşıyan təyyarə qəzalı eniş edib

“Mançester Yunayted”i daşıyan təyyarə qəzalı eniş edib

Böyük Britaniyanın “Mançester Yunayted” futbolçularını daşıyan təyyarə Köln aeroportunda qəzalı eniş edib. 

ANS PRESS-in “Baltinfo” agentliyinə istinadən verdiyi xəbərə görə, britaniyalılar futbol üzrə Çempionlar Liqasında növbəti oyununu “Bayer” komandası ilə keçirmək üçün Almaniyanın Leverkuzen şəhərinə gəlib. 

Agentliyin məlumatında deyilir ki, təyyarə aeroportda ikinci dəfədən sonra eniş etməyi bacarıb. “Mançester Yunayted” klubunun oyunçusu Rio Ferdinand əlavə informasiya verməyi lüzumsuz hesab edib və yalnız bunları deyib ki, belə çətin enişdən sonra zorla özlərinə gələ biliblər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM