"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini keçmiş klubu "Mançester Siti"dən yüksək məbləğdə təzminat alıb.Qol.Az-ın "Sunday Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin imzaladığı beş illik müqaviləni ləğv etmək üçün Premyer Liqa təmsilçisi çalışdırıcıya 10 milyon funt-sterlinq ödəyib. Bu məbləğ isə indiyə kimi İngiltərədə heç bir məşqçiyə verilməyib.Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasında uğursuz çıxışa görə ötən il Mançini ilə yolları ayırmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !