Argentina futbolunun əfsanəsi Dieqo Maradona bundan sonra Belarusda işləyəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Maradona Brest "Dinamo”su ilə anlaşıb. Ancaq o, Belarusda məşqçi kimi fəaliyyət göstərməyəcək. Dieqo "Dinamo”nun idarə heyətinin sədri təyin edilib. Onunla 3 illik müqavilə bağlanıb.
Maradona məsələ ilə bağlı "instaqram”da belə yazıb:
"Müqaviləni imzalayıram və Brest "Dinamo”sunun bossu oluram. Mənə etibar etdikləri üçün hər kəsə təşəkkür edirəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !