Argentina çempionatının 5-ci divizion təmsilçisi “Deportivo Riestra” Maradonanın yaşıl meydanlara futbolçu olaraq qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, klubun canlı əfsanəni heyətinə qatmaq istədiyi yazılmış, artıq bu barədə federasiyaya müraciət edildiyi iddia edilmişdi.Klubun prezidenti Marselona Salorio açıqlamasında isə xəbərləri təkzib edib: "Maradona burada oynamayacaq. Bu xəbərlər necə yayılır, anlamıram".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !