Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur

21:31 | 29.11.2020
Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur

Maradonanın ölümündə şəxsi həkimi ittiham olunur

Argentina yığmasının keçmiş hücumçusu Dieqo Maradonanın şəxsi həkimi Leopoldo Luke sabiq futbolçunun ölümündə ittiham olunur.

Bu barədə Unikal.org AS-a istinadən xəbər verir.

Məlumata görə, Maradonanın qohumları Lukeni sabiq futbolçunun ölümündə ittiham ediblər.

İddia olunur ki, məhkəmə San-İsidroda (İspaniya) həkimin evində axtarış aparmaq barədə qərar çıxarıb. Daha əvvəl o subdural hematoma ilə əlaqədar futbolçunu cərrahi əməliyyat edib. Bu halda həkimin məhz nədə ittiham olunduğu hələ açıqlanmır. Ehtimal ki, o, pasiyentə tibbi kömək göstərilməməsində şübhəli bilinir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM