İtaliya milli komandasının və “Milan” klubunun futbolçusu Mario Balotelli model Rafaella Fikonun dünyaya gətirdiyi Pia adlı qızın atası olduğunu qəbul edib.Lent.az-ın məlumatına görə, DNA testinin nəticələri açıqlandıqdan sonra qalmaqallı hücumçu Ata olmağa razılaşıb. Halbuki Balotelli Fiko ilə birgə olduğu vaxtlarda sevgilisinin hamiləliyindən şübhələnib. O, dekabrın 6-da doğulan uşağın ondan olduğuna inanmayıb. Bununla belə, 24 yaşlı forvard Piaya qayğı göstərəcəyini açıqlayıb. Lakin testin nəticələri açıqlanandan sonra yığma üzvünü rahat nəfəs alıb. Balotelli “Twitter” səhifəsində yazıb: “Nəhayət, həqiqət: Pia - mənim şirin qızım. Atan”. Qeyd edək ki, Rafella Fiko 2008-ci ildə qızlığını 1 milyon avroya satışa çıxarıb. Onun adı İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilə seks-gecələrdə hallanıb. Fiko Portuqaliya yığmasının və İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu ilə də 1 ilədək görüşüb. İtaliyalı gözəlçənin Mario Balotelli ilə münasibətləri isə qaradərili futbolçunun müntəzəm xəyanətləri üzündən pozulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !