Mariupolda atəşə tutulmuş doğum evindən FOTOLAR

22:15 | 09.03.2022
Mariupolda atəşə tutulmuş doğum evindən FOTOLAR

Mariupolda atəşə tutulmuş doğum evindən FOTOLAR

Mariupol 2 saylı doğum evinə endirilən hava zərbəsi nəticəsində 17 nəfər yaralanıb. Ölən yoxdur. Bu barədə Donetsk hərbi-mülki administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. 

Yaralılar arasında tibb işçiləri və hamilə qadınlar var.

Hava hücumu Rusiyanın elan etdiyi "sükut” rejimi dövründə həyata keçirilib.

Böyük Britaniyanın baş naziri Boris Conson Mariupolda doğum evinin atəşə tutulmasını dəhşət adlandırıb və bildirib ki, Böyük Britaniya hava hücumlarından qorunmaq üçün Ukraynaya əlavə dəstək imkanlarını araşdırır.

Böyük Britaniyanın baş naziri Tvitter hesabında yazıb: "Biz Putini iyrənc cinayətlərinə görə məsuliyyətə çəlb edəcəyik”.
 
Mariupolda atəşə tutulmuş doğum evindən fotoları təqdim edirik.
 



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb