Dünya əhalisinin 90 faizi üçün internetə qoşulma problemi onların yaşadığı yerdə rabitənin olmamasından yox, operatorlar tərəfindən məlumatların ötürülməsi üçün əlverişli tariflər təqdim etməməsi ilə əlaqədardır. Bu barədə “Facebook” şirkətinin baş direktoru Mark Zukerberq “The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində yazır. Onun fikrincə, fövqəladə hallar xidmətləri ilə mobil telefonla rabitə əlaqəsi artıq pulsuzdur. Gələcəkdə internetin daha vacib xidmətlərinə çıxışı da pulsuz etmək lazımdır. Şirkət rəhbəri hansı internet xidmətlərinin daha vacib olmasını sadalamayıb.Qeyd edək ki, “Facebook” məqsədi internetə çıxış imkanı olmayan dünya əhalisinin üçdə bir hissəsini pulsuz və ya ucuz internetlə təchiz etmək olan “Internet.org” layihəsində iştirak edir. Layihəni dəstəkləyən bəzi rabitə operatorları artıq abunəçilərə “Facebook” saytına pulsuz çıxış imkanı təqdim edir.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !