Martda Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 28,9% artıb

13:04 | 06.04.2024
Martda Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 28,9% artıb

Martda Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 28,9% artıb

Yanvar-mart Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 28,9 faiz artıb, 7,3 milyon manatdan çox təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti məlumat yayıb.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1 milyon manatdan çox olub. 
 
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, 2023-cü ildə 8, 370 nəfərə işsizlikdən sığorta ödənişləri ödənilib. 

O bildirib ki, sığorta ödənişlərinə artıq avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.

2022-ci il işsizlikdən sığorta ödənişləri 6, 333 nəfəri, 2021-ci il isə 3, 734 nəfəri əhatə edib.
 
2023-cü ildə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu da 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb