• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Maskın şirkətində Süleyman Kərimovun payı aşkarlanıb

Maskın şirkətində Süleyman Kərimovun payı aşkarlanıb
30.01.2025 16:39
ABŞ-ın sanksiyalarına məruz qa lan Rusiyalı senator və milyarder Süleyman Kərimov Elon Musk-ın SpaceX şirkətində paya malikdir və öz səhmlərini müvəkkil  etdiyi fond (trust)vasitəsilə idarə edir. Bu barədə Bloomberg etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kərimov 2017-ci ildə yaradılan və Delaver ştatında yerləşən Heritage Trust vasitəsilə SpaceX-in səhmlərinə sahib olub. Bloomberg iki keçmiş yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə istinadən bildirib ki,  trast əvvəlcə SpaceX-in təxminən 1%-nə sahib olub.

ABŞ hökuməti 2018-ci ilin aprelində Süleyman Kərimovn adını sanksiya siyahısına daxil edib. 
 
O, Oliq Deripaska, Viktor Vekselberq və digər rusiyalı milyarderlərlə birlikdə sanksiyalara məruz qalıb.
 
Heritage Trust-ın idarə olunmasını həyata keçirən Citigroup şirkəti bu məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinə müraciət edib,  trasta və ona bağlı qurumlara məhdudiyyət qoyulmasına ehtiyac olmadığını bildirib.

Lakin 2022-ci il iyunun sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Heritage Trust-ın aktivlərini dondurub. O zaman bu aktivlərin ümumi dəyəri 1 milyard dollar olub.
 
Bloomberg-in iki mənbəsinə görə, həmin dövrə qədər Kərimov SpaceX-dəki payını artıq satıb. 

Reaksiyalar və sanksiyalar

Citigroup nümayəndəsi bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
 
SpaceX, Elon Musk və Süleyman Kərimov isə Bloomberg-in sorğularına cavab verməyib.

Hal-hazırda 58 yaşlı Süleyman Kərimov, Bloomberg-in milyarderlər indeksinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında 17-ci yerdə qərarlaşıb.
 
Ümumi dünya sıralamasında isə 282-ci yerdədir və sərvəti təxminən 9,9 milyard dollar dəyərindədir. O, 2018-ci ildən ABŞ sanksiyalarına düşüb. Daha sonra Avropa İttifaqı da ona qarşı sanksiyalar tətbiq edib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol