Zakir Həsənovun müdafiə naziri postuna təyin edilməsindən iki aydan çox vaxt keçir. Bu müddət ərzində general-mayor daha çox kadr dəyişiklikləri ilə mətbuatın gündəmində olub. Ekspertlər Zakir Həsənovun fəaliyyətini müxtəlif aspekdən izah edirlər. Bəziləri yeni təyinatın ordudakı mövcud problemlərin aradan qalxmasına səbəb olacağını əsaslandırsa da, belə düşünməyənlər də var.
Bu günlərdə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yeni təyinatdan bu günə kimi baş verən müsbət və mənfi tərəflərilə bağlı hesabatını oxuculara təqdim edib. Həmin hesabatda mənfi məqam kimi, daha çox köhnə kadrların, bir sözlə, sınaqdan çıxmış kadrların vəzifəyə təyinatı göstərilir.
ANN.Az-a açıqlamasında mərkəzinin direktoru Cəsur Sümərinli bununla bərabər, yeni nazirin dövründə müsbət addım kimi bir məqama da diqqət çəkib. C.Sümərinli həmin müsbət addımı Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin yaradılması ilə bağlı verilən sərəncamla əlaqələndirib: “Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq olunması barədə Fərmanı 18 dekabr 2013-cü il tarixində imzalayıb. Azərbaycan Müdafiə Nazirliyinin yarandığı 1991-ci ildən bu yana bu qurumun Əsasnaməsi olmayıb və bu həm də ona dəlalət edirdi ki, qurumda səlahiyyət və funksiyaların harada başladığı və harada bitməsi barədə konkret qaydalar mövcud deyildi. İndi Əsanamənin elan olunması nəhayət, hakimiyyətdə ordu quruculuğuna dair hansısa konkret baxışların formalaşması barədə düşüncələr formalaşdırsa da, sənədin tam mətninin ortada olmaması, eyni zamanda sənədə istinadən səslənmiş rəsmi fikirlər ciddi şübhələr yaradır”.SeymurANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !