İsmayıllı
Regional Mədəniyyət idarəsinin rəisi sınaq müddətinə götürdüyü işçilərdən rüşvət
istəyir. Rüşvət verməyənləri isə sıxışdıraraq işdən çıxardır bunu Anews.az-a
açıqlamasında adının çəkilməsini istəməyən, İsmayıllı Regional Mədəniyyət idarəsinin
keçmiş məsləhətçisi deyib.
"Əvvəl müvəqqəti
müqavilə ilə İsmayıllı Regional Mədəniyyət idarəsində kargüzar kimi işləməyə
başladım. Sonra Dövlət qulluğuna
hazırlaşdım və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan keçmək istədim.
Mənim dövlət imtahanına gedəcəyimi idarənin rəisi Elnur Hüseynov biləndə kəsiləcəyimi
deyərək imtahana getməməyimə çalışırdı.
Hətta həmin idarədə məsləhətçi işləyən Şamo Nuğayev imtahana getməmişdən
öncə mənə təkidlə bildirdi ki, gedib kəsiləcəksən. Ona görə, indidən 5 min manat ver Mədəniyyət
Nazirliyində tanış əməkdaş var ona verək , tapşırsın kəsilmə. Halbuki, müqavilə
ilə işələməyə başlayanda Şamo Nuğayev məndən
200 manat şirinlik almışdı”, - deyə
xanım bildirir.
Onun
sözlərinə görə, 5 min manatı vermədiyindən
idarənin rəisi Elnur Hüseynov, rəis
müavini Azər Abbasov və məsləhətçi Şamo Nuğayev onu sıxışdırmağa başlayıb. Hətta
Şamo Nuğayev ona deyib ki, 5 min manat
verməsə barəsində nazirliyə iki məktub
yazacaq və bununla karyerasına son qoyulacaq.
İdarənin rəisi Elnur Hüseynov olmasına
baxmayaraq bütün fırıldaqlar Şamo Nuğayevın və Azər Abbasovun əli ilə edilirmiş.
Xanımın
sözlərinə görə, özünü DTX-nın işçisi kimi təqdim edən Nuğayev hətta
idarənin işçilərini DTX əməkdaşı kimi sorğu-sual
edirmiş. Onun poçtda işləyən atası Rəhman Nuğayev isə onunla razılaşmayan məmurları
şantaj edir və ya dövlət qurumlarına barələrində
şər-böhtan xarakterli ərizələr yazır. "
Rəhman Nuğayev mənim haqqında da bəzi qurumlara ərizə yazıb və yalandan
bildirib ki, guya dini qruplaşmalara xidmət edirəm. Hətta idarənin rəisi Elnur Hüseynovu təkid edir ki, onu burdan qovun”, - deyə xanım əlavə edir.
Xanım
vurğulayır ki, Rəhman Nuğayevın rayonda bir neçə adamlar haqqında dövlət qurumlarına şikayət edərək tutduraçağı
haqqında səs yazısı var. Hətta ata Nugayev İsmayıllı rayonunun rüşvətə görə həbs olunan prokuroru ilə əlbir olub və bu münasibətə görə də həmin prokuror şikayətimizə baxmadı.
Anews.az
olaraq İsmayıllı Regional İdarəsinin rəisi və adları çəkilən digər əməkdaşları
ilə əlaqə saxladıq.
İsmayıllı
Regional Mədəniyyət idarənin rəisi Elnur Hüseynov söylədi ki, şikayətçi olan
xanım əmək təcrübəsi müddətini uğurla başa vura bilmədiyindən onun əmək müqaviləsinə xitam verilib. "Onu işdən
mən çıxarmamışam. Azad olunma təqdimatını mən yox mənim müavinim Azər Abbasov verib. Mən o
xanıma məsləhət gördüm ki, əgər təqdimat qanunsuzdursa məhkəməyə müraciət etsin.
Amma o, dava-dalaşla işdə qalmaq istəyir. İmtahana getməməsində israr etməyimin
səbəbi isə odur ki, idarədə davası düşmüşdü. Dedim ki, qəsdən kəsərlər getməsin”,
- deyə rəis vurğulayıb.
İsmayıllı
Regional Mədəniyyət idarəsinin rəis müavini Azər Abbasov isə bildirdi ki, xanımın
işdən çıxarılmasının səbəbi idarənin daxili qayda qanunlarını pozması olub. "İşçilərlə
yola getmirdı. Rəisin əmrini tanımırdı. Hətta bir dəfə idarə rəisi Elnur
Hüseynovun qapısını çırpıb”.
Abbasovun
sözlərinə görə, bu məsələ ilə bağlı Hüquq və Daxili Nəzarət şöbəsinin müdiri
Namiq Qulamov, Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli ilə görüş
keçirib və xanımın işdən azad olunması qənaətinə gəlinib.
İsmayıllı
Regional Mədəniyyət idarəsinin məsləhətçisi Şamo Nuğayev isə dedi ki, xanımın
200 və 5 000 manat rüşvətlə bağlı şikayəti polis və prokurorluq orqanları
tərəfindən araşdırılıb və ittihamın əsassız olduğu bəlli olub. "Mənim onun işdən
çıxarılmasında heç bir rolum olmayıb.
Atama görə də məsuliyyət daşımıram”, deyə Nuğayev bildirib.
İdarə rəhbərlərinin
sözlərindən isə , onların xanımı işə bərpa etməyə hazırlaşmadıqları bəlli olur.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !