Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb.
Bu barədə nazirliydən xəbər verilib.
Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir.
İclasda həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzusunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğu diqqət göstərilməli məqamlardır.
Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !