Məhkəmə "Abzas Media"nın jurnalistlərini ev dustaqlığına buraxmayıb

18:05 | 03.07.2024
Məhkəmə

Məhkəmə "Abzas Media"nın jurnalistlərini ev dustaqlığına buraxmayıb

İyulun 3-də Xətai Rayon Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, bu onlayn nəşrin baş redaktoru Sevinc Vaqifqızının və həmin KİV-in jurnalisti Elnarə Qasımovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatətlərə baxılıb. Bu barədə Turan-a onların vəkilləri bildirib.

Jurnalistlər hesab edirlər ki, onların həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

Lakin hakim Sülhanə Hacıyeva hər üç jurnalist barəsində vəsatətləri təmin etməyib.

Vəkillər bu qərarlardan apellyasiya şikayətləri verəcəklərini bildirib.

Həbs olunan şəxslər özlərini təqsirli bilmir və həbslərini peşəkar jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

20 noyabr 2023-cü il tarixindən etibarən Abzas Media nəşrinin altı jurnalisti və mətbuat işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs olunub. Onlar ittihamları təkzib ediblər, cinayət işini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıblar.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb