Mehriban Əliyeva yeni ofislə tanış oldu - FOTOLAR

19:25 | 17.10.2014
Mehriban Əliyeva yeni ofislə tanış oldu - FOTOLAR

Mehriban Əliyeva yeni ofislə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində yaradılan şəraitlə tanış olub.APA-nın xəbərinə görə, Mehriban Əliyevaya məlumat verən gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq bildiriblər ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırılıb ki, burada işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış olub, yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır. Sonra Mehriban Əliyevanın iştirakı ilə I Avropa Oyunlarına hazırlıqla bağlı görüş keçirilib. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi məsələlər müzakirə olunub. Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva müvafiq tapşırıq və tövsiyələrini verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM