Meksikaya nümayiş üçün gətirilmiş UEFA Kuboku naməlum şəxslər tərəfindən oğurlanıb.
anews.az "The Guardian” nəşrinə istinadla xəbər verir ki, mükafat tezliklə Quanaxuato şəhərində tapılıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının Kuboku Leon şəhərinə aparılarkən maşından oğurlanıb. Quanaxuato kriminal istintaq idarəsinin əməkdaşları mükafatı taparaq, geri qaytarıb.
Hadisənin təfərrüatları açıqlanmır.
1966-cı ildə dünya kuboku İngiltərədə oğurlanıb. Oğrular bu mükafata görə Mundial təşkilatçılarından 15 min funt sterlinq tələb edib.
Hadisə ilə əlaqədar poçt işçisi saxlanılıb. O, Kubokun harada olduğunu bilmədiyini açıqlayıb.
Mükafatı Pukkls adlı it sahibi ilə gəzərkən parkda aşkar edib. Buna görə həmin itə dünya kubokunun oyunlarında iştirak etməyə icazə verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !