Müəllimlərin XIV qurultayının keçirilmə vaxtı açıqlandı

12:35 | 04.12.2013
Müəllimlərin XIV qurultayının keçirilmə vaxtı açıqlandı

Müəllimlərin XIV qurultayının keçirilmə vaxtı açıqlandı

Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilmə vaxtı açıqlanıb.APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi olaraq 5 ildən bir Azərbaycan müəllimlərinin qurultayı keçirilir. Nazirin sözlərinə görə, bu ildə Azərbaycan müəllimlərinin XIV qurultayının dekabrın 14-də keçirilməsi müəyyənləşib. M. Cabbarov vurğulayıb ki, qurultayda əsas olaraq Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq. Bundan əlavə, təhsilin digər pillələrinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM